Aİ Rusiyaya qarşı yeni sanksiyalar hazırlayır
Avropa İttifaqının ali diplomatı Kaya Kallas bildirib ki, Rusiyaya qarşı 19-cu sanksiya paketi transatlantik tərəfdaşların dəstəyi ilə daha güclü olacaq.
TodayPress TV xəbər verir ki, Kallasın sözlərinə görə, məqsəd Rusiyaya maksimal təzyiq göstərmək və “kölgə donanması”na qarşı mübarizəni gücləndirməkdir.
Ukraynanın xarici işlər naziri Andrey Sibiqa isə Aİ ölkələrini Rusiyanı sülhə məcbur etmək üçün strategiya hazırlamağa çağırıb. O, hərbi yardımın artırılmasını, Ukrayna müdafiə sənayesinə sərmayələrin genişləndirilməsini və Rusiyanın dondurulmuş aktivlərinin müsadirəsini təklif edib.
Qiymət Mahir