Aİ Rusiyaya qarşı daha çox sanksiya tələb edir

Dünya

08.09.2025 13:36

"Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı hazırkı sanksiyalarla məhdudlaşmamalıdır". 

TodayPress TV xəbər verir ki, bunu Aİ Şurasının Prezidenti Antonio Koşta bildirib.

Onun sözlərinə görə, Rusiyaya qarşı artan sanksiya təzyiqinin əsas məqsədi Moskvanı danışıqlar masasına oturmağa məcbur etməkdir. Buna nail olmaq üçün, Avropa Şurası rəhbərlərinin fikrincə, birbaşa Rusiya Federasiyasına qarşı yönəlmiş sanksiyalarla məhdudlaşmamaq lazımdır. 

Koşta hesab edir ki, Brüssel təkcə Rusiyanın kölgə donanması ilə mübarizə aparmamalı, həm də Rusiya neft və qazını alan ölkələrə qarşı ikinci dərəcəli sanksiyalar tətbiq etməlidir.

Bildirilib ki, məhdudiyyətlər Rusiyanın ödəniş və kredit kartı sistemlərini, kriptovalyuta birjalarını hədəf alacaq. Qazaxıstanda da müəyyən növ avadanlıqların idxalına qadağa qoyulması mümkündür.

Aysel Mətləb

TodayPress TV

tag: Aİ,Rusiya,Sanksiya,Tətbiq,Todaypress.tv,