Aİ ölkələri Ukraynalı qaçqınlara dəstək verəcək
Aİ dövlətləri müvəqqəti müdafiə mexanizmi çərçivəsində 2027-ci ilin mart ayına qədər Ukraynadan olan qaçqınları təmin etməlidir.
TodayPress TV xəbər verir ki, bu barədə Avropa Komissiyasının nümayəndəsi Markus Lammer məlumat verib.
“Müvəqqəti müdafiə mexanizmi 2027-ci ilin mart ayına qədər uzadılıb və ölkələr ukraynalı qaçqınları təmin etməyə borcludurlar, lakin dəstəyin miqdarı və formaları ölkədən ölkəyə dəyişir”, - deyə o vurğulayıb.
Aysel Mətləb