Aİ-nin İsraillə Assosiasiya Sazişi yenidən müzakirəyə çıxarılır

Aİ-nin İsraillə Assosiasiya Sazişi yenidən müzakirəyə çıxarılır
23.06.2025 13:43 Dünya

Avropa İttifaqının (Aİ) Xarici İşlər Şurasının bugünkü iclasında Orta Şərqdəki ümumi vəziyyət və xüsusilə Qəzza zolağında baş verən humanitar böhranla yanaşı, İsraillə Assosiasiya Sazişinin 2-ci maddəsinin icrası da gündəmə gətiriləcək.

TodayPress TV xəbər verir ki, bunu Aİ-nin ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas bildirib.

“Biz artıq bu maddənin icrasına dair nəzərdən keçirməni tamamlamışıq. Bütün üzv dövlətlər həmin sənədi alıblar. İndi əsas məsələ ondan ibarətdir ki, bu sənəddən hansı nəticələr çıxarılacaq və növbəti addımlarımız nə olacaq?”, - deyə o diqqətə çatdırıb.

Töhfə Səməd

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər