Aİ Çinlə sərt ticarət danışıqlarına hazırlaşır

Dünya

23.07.2025 11:26

Avropa İttifaqı (Aİ) liderləri Pekində keçiriləcək Aİ-Çin sammiti zamanı, ticarət gərginliyi və Ukraynadakı münaqişə fonunda Çin sədri Si Cinpinlə sərt danışıqlara hazırlaşırlar. 

TodayPress TV  xəbər verir ki, bu barədə Aİ-nin xarici siyasət üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti  Kaya Kallas “The Financial Times"a danışarkən bildirib. 

Onun sözlərinə görə, Aİ Çinin sənaye potensialının həddindən artıq olması, ticarət balanssızlığı və məcburi iqtisadi təcrübələr, eləcə də Çinin kritik xammal, kimyəvi maddələr və istehlakçı dronlarının istehsalında üstünlük təşkil etməsindən narahatdır. 

"Ticarət və təhlükəsizlik bir-biri ilə bağlıdır", - deyə Kallas əlavə edib. 

Qeyd edək ki, Aİ-Çin sammiti iyulun 24-də keçiriləcək. Tədbirdə Çin Xalq Respublikasının sədri Si Cinpin, Çin Dövlət Şurasının Baş naziri Li Qiang, Avropa Komissiyasının sədri Ursula fon der Lyayen və Avropa İttifaqı Şurasının sədri Antonio Kosta iştirak edəcəklər. 

Aysel Mətləb

tag: Avropa İttifaqı,Pekin,Çin,Sammit,Todaypress.tv,