Apellyasiya məhkəməsi Trampın xarici yardımı kəsmək hüququnu rədd etdi
Dünya
07.09.2025 07:15
ABŞ-nin Kolumbiya Dairəsinin Apellyasiya Məhkəməsi Tramp administrasiyasından xarici yardım üçün əvvəlcədən təsdiq edilmiş maliyyə vəsaitini ayırmasını tələb edən aşağı instansiya məhkəməsinin qərarını dayandırmaqdan imtina edib.
TodayPress TV "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə məhkəmənin qərarında qeyd olunub.
Xatırladaq ki, sentyabrın 3-də ABŞ-nin Kolumbiya Dairə Məhkəməsi Ağ Evin beynəlxalq agentliklər vasitəsilə Konqres tərəfindən təsdiqlənmiş 5 milyard dollara yaxın xarici yardımı dayandırmaq hüququna malik olmadığına qərar verib.
Avqustun sonunda Tramp ümumi dəyəri 4.9 milyard dollar olan 15 xarici yardım proqramını dayandırıb. Prezident qeyd edib ki, bu qərar Dövlət Departamentinin, USAID-in proqramlarına və xarici yardımlara aiddir.
tag: Tramp,Məhkəmə,Qərar,Ləğv,Todaypress.tv,