Afrika Parçalanır: Yeni Okean yaranır

Dünya

01.05.2026 19:45

Afrika qitəsi gözləniləndən daha sürətlə parçalanır və bu proses nəticəsində gələcəkdə yeni okean yarana bilər.

TodayPress TV xəbər verir ki, bu barədə "RMF24" məlumat yayıb.

Araşdırmalara görə, qitənin şərq hissəsində yerləşən Turkana rifti bölgəsində Yer qabığı xeyli nazilib və bəzi yerlərdə cəmi 13 km qalınlığındadır. Müqayisə üçün, digər ərazilərdə bu göstərici təxminən 35 km-dir.

Turkana rifti Böyük Afrika Rift Sisteminin bir hissəsidir və təxminən 500 km uzunluğundadır. Mütəxəssislər qeyd edir ki, Afrika plitəsi ildə təxminən 4,7 mm sürətlə Somali plitəsindən uzaqlaşır. Bu isə qitənin tədricən iki hissəyə ayrılmasına gətirib çıxara bilər.

Eyni zamanda, alimlər ABŞ-nin qərb sahillərində də potensial təhlükə barədə xəbərdarlıq ediblər.

Türkan İsgəndərli

TodayPress TV

tag: Afrika,Okean,Qitə,Turkana,Todaypress.tv,