ABŞ və Ukrayna həftəsonu Vaşinqtonda sülh danışıqları aparacaq

Dünya

16.12.2025 11:01

“Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı Kiyev və Vaşinqton nümayəndə heyətləri həftəsonu ABŞ-də danışıqlar keçirəcək”.

TodayPress TV xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski “Novini.LIVE” “Telegram” kanalına açıqlamasında bildirib. 

Onun sözlərinə görə, yaxın günlərdə Kiyev sülh nizamlanması şərtlərini əks etdirən sənədləri yekunlaşdıracaq. Daha sonra ABŞ nümayəndələrinin həm Kiyev, həm də Moskva nümayəndə heyətləri ilə məsləhətləşmələr aparması planlaşdırılır.

Zelenski qeyd edib ki, Amerika nümayəndə heyəti ABŞ Prezidenti Donald Tramp ilə məsləhətləşmələr keçirəcək və yalnız bundan sonra tərəflərin komandaları bir araya gələcək. Ukrayna lideri hesab edir ki, ABŞ və Ukrayna nümayəndə heyətləri arasında danışıqlar 20–21 dekabr tarixlərində, yəni həftəsonu baş tuta bilər.

Qiymət Mahir

TodayPress TV

tag: ABŞ,Ukrayna,vaşinqton,Görüş,Todaypress.tv,