ABŞ Ukraynadakı partlayışlardan sonra atəşkəs çağırışı etdi

ABŞ Ukraynadakı partlayışlardan sonra atəşkəs çağırışı etdi
25.05.2025 22:15 Dünya

ABŞ prezidenti Donald Trampın Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq Kiyevdə baş verən silsilə partlayışlardan sonra tərəfləri dərhal atəşi dayandırmağa çağırıb.

TodayPress TV xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Xatırladaq ki, mayın 23-dən 24-nə keçən gecə Rusiya Ukraynaya qarşı genişmiqyaslı hücum həyata keçirib.

Bu hadisələr fonunda Vaşinqtonun rəsmi nümayəndəsinin atəşkəs çağırışı bölgədə gərginliyin kritik həddə çatdığını göstərir. Kelloqun bəyanatı, Tramp administrasiyasının Ukraynadakı hərbi eskalasiyaya qarşı ehtiyatlı mövqe sərgilədiyinin əlaməti kimi dəyərləndirilir.

Türkan İsgəndərli

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər