ABŞ Rusiya ilə həmsərhəd ölkələrin müdafiə proqramlarını dayandırır
Dünya
04.09.2025 23:15
Amerika Birləşmiş Ştatları Rusiya ilə həmsərhəd ölkələr üçün bəzi xarici müdafiə proqramlarını dayandırmağı planlaşdırır.
TodayPress TV xəbər verir ki, bu barədə "Financial Times" məlumat yayıb.
Pentaqon rəsmiləri avropalı diplomatlara bildirib ki, Şərqi Avropada qoşunların hazırlanması və silahlandırılması proqramları daha maliyyələşdirilməyəcək.
Nəşr qeyd edir ki, bu addımın dəstəyi yüz milyonlarla dollar azalda biləcəyi gözlənilir. Avropa İttifaqı ölkələri Vaşinqtonun qərarından təəccüblənib və hazırda detallarını öyrənməyə çalışırlar.
Eyni zamanda, Fransa Prezidenti Emmanuel Makron bildirib ki, “İstəyənlər Koalisiyası” ABŞ-nin Ukraynaya təhlükəsizlik zəmanətləri vermək təşəbbüsünü yaxın günlərdə yekunlaşdırmaq istəyir. O, əlavə edib ki, koalisiyaya daxil olan 26 ölkə Ukraynada “quruda, havada və dənizdə” hərbi mövcudluğunu təmin etməyə hazırdır.
Türkan İsgəndərli
tag: ABŞ,Rusiya,Müdafiə,Pentaqon,Todaypress.tv,