ABŞ-nin Venesuelaya qarşı planının məqsədləri açıqlandı

Dünya

17.12.2025 11:10

ABŞ Prezidenti Donald Trampın Venesuelaya qarşı addımları Nikolas Maduro hökumətini devirmək, ölkənin neftinə nəzarəti ələ keçirmək və ABŞ-yə narkotiklərlə yanaşı qanunsuz miqrasiyanın qarşısını almaq məqsədi daşıyır.

TodayPress TV xəbər verir ki, bu barədə "Sky News" məlumat yayıb.

Məlumata əsasən, Vaşinqtonun bu siyasəti narkotiklə mübarizə kimi təqdim olunsa da, daha geniş strateji planın tərkib hissəsidir. ABŞ-nin Qərb yarımkürəsində təsirini gücləndirməyə çalışdığı bildirilir.

Qeyd olunur ki, Tramp administrasiyası Maduronun yerinə ABŞ-yə loyal hökumət qurmaq, neft üzərində kommersiya tərəfdaşlığı yolu ilə nəzarət əldə etmək və qaçaqmalçılığı dayandırmaq niyyətindədir.

Dekabrın 10-da ABŞ hərbçiləri Karib dənizində Venesuela nefti daşıyan tankeri ələ keçirib. Ağ Ev tankerin və neftin müsadirə olunacağını açıqlayıb.

Türkan İsgəndərli

TodayPress TV

tag: ABŞ,Tramp,Maduro,Venesuela,Todaypress.tv,