ABŞ-nin raket sistemlərindəki zəiflikləri üzə çıxdı

Dünya

25.07.2025 10:36

ABŞ və İsrailin İranla artan gərginliyi Vaşinqtonun raket arsenalı və müdafiə sistemlərində ciddi çatışmazlıqları ortaya çıxarıb.

TodayPress TV xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) məlumat yayıb.

Məqalədə vurğulanır ki, münaqişə Birləşmiş Ştatlardan gələn tədarükün çatışmazlığını üzə çıxarıb. Vaşinqton həmçinin raket əleyhinə sistemlərində problemlər aşkarlayıb və indi bəzi ələ keçirici vasitələrin effektivliyini yenidən qiymətləndirir.

Nəşr bildirir ki, bəzi Pentaqon planlayıcıları ABŞ-nin raketdən müdafiə sistemlərinin artıq Rusiya, Çin və ya Şimali Koreya kimi ölkələrin mümkün hücumlarına cavab vermək üçün kifayət qədər hazırlıqlı olmadığını düşünürlər. Sistemin müasir təhlükələr qarşısında yetərsiz qalması ilə bağlı narahatlıqlar artır.

Türkan İsgəndərli

tag: ABŞ,İsrail,İran,Raket,Todaypress.tv,