“Axios”: Tramp və komandası təhlükə altındadır

Dünya

08.06.2025 22:45

ABŞ prezidenti Donald Tramp və onun administrasiyası şəxsi telefonlardan istifadəni üstün tutduqları üçün telefon dələduzluğu və xarici kəşfiyyat orqanlarının hədəfinə çevrilmək baxımından misilsiz dərəcədə həssas vəziyyətdədir.

TodayPress TV xəbər verir ki, bu barədə “Axios” nəşri məlumat yayıb.

Məqalədə qeyd olunub ki, hazırda Ağ Ev üçün təhlükəsizlik prioritet sayılmır. Əsas diqqət rabitə sürəti və rahatlığına yönəldildiyi üçün yuxarı səviyyədə aldadılma və manipulyasiya riski artır.

ABŞ prezident administrasiyasının kommunikasiya direktoru Stiven Çunqun sözlərinə görə, şəxsi telefonla ünsiyyət Trampı ölkə tarixində ən şəffaf və açıq prezidentə çevirir. Lakin ekspertlər bu yanaşmanın ciddi təhlükəsizlik boşluqları yaratdığına diqqət çəkirlər.

Qiymət Mahir

tag: Tramp,Ağ Ev,ABŞ,Telefon,todaypress.tv,