ABŞ-nin Qətərdəki səfirliyi vətəndaşlarına müraciət etdi

ABŞ-nin Qətərdəki səfirliyi vətəndaşlarına müraciət etdi
23.06.2025 21:34 Dünya

ABŞ-nın Qətərdəki səfirliyi İranın mümkün cavab tədbirləri fonunda Amerika vətəndaşlarını növbəti xəbərdarlığa qədər sığınacaqlara getməyə çağırıb.

TodayPress TV xəbər verir ki, ABŞ İranın Qətərdəki hərbi bazalara mümkün zərbə endirməsini “qaçınılmaz təhlükə” hesab edib.

“Ehtiyat tədbiri olaraq, ABŞ vətəndaşlarına sığınacaq tapmalarını və növbəti xəbərdarlığa qədər orada qalmalarını tövsiyə edirik”, - bəyanatda deyilir.

Qeyd edək ki, Qətər hökuməti təhlükəsizlik səbəbi ilə ölkənin hava məkanını müvəqqəti bağlamaq qərarına gəlib.

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər