ABŞ-nin hədəf aldığı tanker VURULDU – Hücumun arxasında Vaşinqton dayanır?

ABŞ-nin hədəf aldığı tanker VURULDU – Hücumun arxasında Vaşinqton dayanır?
08.06.2026 19:15 Dünya

ABŞ sanksiyaları altında olan və göyərtəsində hindistanlı dənizçilərin olduğu gəmi Oman sahillərində hücuma məruz qalıb.

TodayPress TV xəbər verir ki, hücumun ABŞ Hərbi Dəniz Qüvvələri tərəfindən törədildiyi ehtimal edilir.

Hücumla bağlı "Forward Seamen's Union of India" həmkarlar ittifaqı təşkilatı məlumat yayıb. Təşkilatın məlumatına görə, göyərtədəki 24 hindistanlı dənizçi təhlükəli vəziyyətdədir.

Qeyd edək ki, "Motor Tanker Marivex" gəmisi İrana qarşı sanksiyalar çərçivəsində 2025-ci ilin dekabrında ABŞ Maliyyə Nazirliyinin sanksiya siyahısına daxil edilib.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
08 IYUN 2026
Bütün Xəbərlər