ABŞ-nin 20 ştatı Tramp administrasiyasını məhkəməyə verdi

Dünya

02.07.2025 12:58

ABŞ prezidenti Donald Trampın administrasiyası Kaliforniya başda olmaqla 20 ştat tərəfindən məhkəməyə verilib. 

TodayPress TV xəbər verir ki, bu barədə Kaliforniya Baş Prokuroru Rob Bontanın məlumat verib.

O bildirib ki, Kaliforniya başçılıq etdiyi çoxpartiyalı koalisiya ilə birlikdə ABŞ Səhiyyə və İnsan Xidmətləri Departamentinin (HHS) Daxili Təhlükəsizlik Departamenti (DHS), o cümlədən immiqrasiya ilə bağlı mühafizə orqanına "ICE" şəxsi sağlamlıq məlumatlarına məhdudiyyətsiz giriş icazəsi vermək qərarına etiraz olaraq məhkəməyə müraciət edib.

Bəyanatda vurğulanır ki, bu qərar məlumatların kütləvi şəkildə ötürülməsi ilə ABŞ-nin məxfilik qanunlarının pozulmasına səbəb olur və insanların təcili tibbi yardım axtarmaqdan çəkinməsinə yol aça bilər.

Türkan İsgəndərli

tag: ABŞ,Tramp,Məhkəmə,Kaliforniya,Todaypress.tv,