İran XİN-dən Putinin Tehrana səfəri ilə bağlı açıqlama

Dünya

09.06.2025 15:00

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bu gün keçirilən mətbuat konfransında Rusiya Prezidenti Vladimir Putinin Tehrana gözlənilən səfərinə münasibət bildirib.

TodayPress TV xəbər verir ki, bu barədə “SNN” məlumat yayıb.

Nazirlik rəsmisi vurğulayıb ki, Putinin səfəri ilə bağlı yayılan ilkin məlumatlar natamam olub və daha sonra İranın Moskvadakı səfirliyi tərəfindən düzəliş edilib.

“Müxtəlif ölkələrin rəsmilərinin bir-birinin paytaxtlarına səfərləri nə yeni, nə də fövqəladə məsələdir. İran və Rusiya arasında yüksək səviyyəli qarşılıqlı fəaliyyət və məsləhətləşmələr daim gündəmdə olub”, - deyə Bəqai qeyd edib.

O, həmçinin bildirib ki, Rusiya Prezidentinin İrana rəsmi səfəri üçün dəvət mövcuddur və bu səfərin həyata keçirilməsi üçün iki ölkə arasında danışıqlar aparılır: 

“Gələcəkdə baş tutacaq bu səfərin vaxtı və gündəliyinin müəyyənləşdirilməsi məqsədilə tərəflər arasında məsləhətləşmələr adi və normal prosedurdur”. 

Nicat Osman

tag: İran,XİN,Putin,Tehran,Todaypress.tv,