ABŞ İsrailə icazə vermir - Netanyahu kənarda qaldı
ABŞ Prezidenti Donald Tramp administrasiyası İsrailin mümkün iştirakının İranla bağlı münaqişəni daha da gərginləşdirə biləcəyindən ehtiyat edir. Bu səbəbdən Vaşinqtonun İrana qarşı həyata keçirilə biləcək hər hansı hərbi əməliyyatda İsrailin iştirak etməməsinə çalışdığı bildirilir.
TodayPress TV xəbər verir ki, CNN-in məlumatına görə, İsrailin Baş naziri Benyamin Netanyahu əməliyyata qoşulmaq niyyətində olsa da, ABŞ administrasiyası hələlik buna razılıq vermir.
Kübra Musayeva