ABŞ İrana hansı silahlarla zərbə endirdi?
ABŞ Silahlı Qüvvələri bazar gününə keçən gecə İrana endirdiyi zərbələr zamanı “Tomahawk” qanadlı raketləri və F/A-18 göyərtə qırıcılarından istifadə edib.
TodayPress TV xəbər verir ki, Bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) yaydığı görüntülər əsasında məlumat verilib.
Məlumata görə, ““Tomahawk” qanadlı raketləri döyüş gəmilərindən buraxılıb, F/A-18 qırıcıları isə aviadaşıyıcıların göyərtəsindən havaya qalxaraq əməliyyatda iştirak edib.