ABŞ hərbçilərini Slovakiya və Macarıstandan çıxarmağı planlaşdırır
Dünya
31.10.2025 10:58
ABŞ administrasiyası dekabrda hərbçilərinin bir hissəsini Bolqarıstan, Macarıstan və Slovakiyadan çıxarmağı planlaşdırır.
TodayPress TV xəbər verir ki, bu barədə "Kyiv Post" nəşri məlumat yayıb.
Mənbələrin bildirdiyinə görə, Pentaqon adıçəkilən ölkələrdə “mülayim” hərbi kontingentin azaldılması strategiyasını nəzərdən keçirir. Daha geniş ixtisarların isə dekabrın ortalarınadək həyata keçirilməsi gözlənilir.
Xatırladaq ki, bundan əvvəl Rumıniya və NATO müttəfiqlərinə ABŞ ordusunun Avropadakı qüvvələrinin azaldılacağı barədə məlumat verilib.
Məlumata əsasən, bu qərar ABŞ Prezidenti Donald Trampın administrasiyası tərəfindən “ABŞ Silahlı Qüvvələrinin qlobal mövqeyinin yenidən qiymətləndirilməsi prosesi” çərçivəsində qəbul edilib.
Qeyd edək ki, sonradan ABŞ Konqresindəki aparıcı respublikaçılar Trampın Rumıniyada yerləşən Amerika hərbçilərinin sayını azaltmaq qərarını sərt şəkildə tənqid ediblər.
Aysel Mətləb
tag: ABŞ ,Macarıstan,Bolqarıstan,Slovakiya,Todaypress.tv,
 
        
 
                                ![Latviyanın Ukraynaya yardımı [[900 milyon dolları ötdü]]](/uploads/news/686f541e09bb4.webp) 
                                            ![Britaniya şirkəti [["arzuolunmaz"]] elan edildi](/uploads/news/6891e6c6c9b39.webp) 
                                            ![Çin və Hindistan münasibətləri [[yaxşılaşdırır]]](/uploads/news/68a5923e53bf8.webp) 
                                            ![[[Zaxarova:]] "Qərb sülh yolu ilə münaqişənin həllini istəmir"](/uploads/news/6884d5530e2b7.webp) 
                                            ![Trampın bəyanatları [[şübhə ilə qarşılandı]]](/uploads/news/688c58bd5acd6.webp) 
                                            ![Ukrayna parlamentinin sabiq spikeri [[qətlə yetirildi]]](/uploads/news/68b2d1dfe12a9.webp) 
                                             
                                            ![Çindən ABŞ-nin tələbələrlə bağlı qərarına [[ETİRAZ]]](/uploads/news/683814a3f3ea3.webp) 
                                            ![Latviyanın Ukraynaya yardımı [[500 milyon dolları ötdü]]](/uploads/news/689dd7e7bbac1.webp) 
                                            ![[[Almaniya Ukraynada]] uzaqmənzilli dronların istehsalına pul ayıracaq](/uploads/news/68c07454f174c.webp) 
                                            