Hindistandakı təyyarə qəzasında 1 nəfər sağ qaldı

Dünya

12.06.2025 17:54

Hindistanın qərbində qəzaya uğrayan "Air India" aviaşirkətinə məxsus "Boeing 787 Dreamliner" təyyarəsinin bir sərnişini sağ qalıb.

TodayPress TV xəbər verir ki, bu barədə "ANI" agentliyi polisə istinadən məlumat yayıb.

Töhfə Səməd 


***


16:52


Hindistanın qərbində, Əhmədabad hava limanı yaxınlığında "Air India" aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasına quş sürüsü ilə toqquşma səbəb ola bilər.

TodayPress TV xəbər verir ki, bu barədə "NDTV" telekanalı aviasiya mütəxəssislərinə istinadən məlumat yayıb.

Mütəxəssislərin qənaətincə, təyyarənin qalxış zamanı quşlarla toqquşması onun sürətini azalda və bunun nəticəsində qəza baş verə bilər.

Hazırda hadisə ilə bağlı araşdırmalar davam etdirilir.

Töhfə Səməd

tag: Hindistan,Əhmədabad ,Air India,Təyyarə,Qəza,Quş sürüsü,todaypress.tv,