ABŞ-dən İrana BMT hədəsi: Sentyabrın 7-nə qədər vaxt verildi
İran sentyabrın 7-nə qədər Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) təftiş fəaliyyətinin tam həcmdə bərpasını təmin etməsə, ABŞ İrandakı nüvə yoxlamaları məsələsini BMT Təhlükəsizlik Şurasının müzakirəsinə çıxaracaq.
TodayPress TV xəbər verir ki, bu barədə agentliyin Müdirlər Şurasının Vyanada keçirilən hazırkı sessiyası zamanı təsdiqlənə biləcək anti-İran qətnaməsinin ABŞ tərəfindən hazırladıqları layihəsində deyilir.
Qeyd edək ki, mahiyyətcə bənzər qətnamə 2025-cü ilin iyun ayında İsrail və ABŞ-nin İrana qarşı hücumlarına səbəb olmuşdu.
Aysel Mətləb