ABŞ-də hərbi təyyarə qəzaya uğradı

ABŞ-də hərbi təyyarə qəzaya uğradı
24.10.2025 08:41 Dünya

ABŞ-nin Oklahoma ştatında təlim uçuşunda iştirak edən Hərbi Hava Qüvvələrinə məxsus "OA-1K Skyraider II" təyyarəsi qəzaya uğrayıb.

TodayPress TV-nin məlumatına görə, qəza barədə ştatın Milli Qvardiyası "X" sosial şəbəkəsində bildirib.

Məlumata görə, hadisə zamanı təyyarədə iki nəfər olub.

"Bu gün səhər saatlarında Uill Rocers aerodromunda yerləşən 492-ci xüsusi əməliyyatlar qanadına məxsus təyyarə qəzaya uğrayıb. Təyyarədə iki heyət üzvü olub: biri mülki podratçı, digəri isə ABŞ Hərbi Hava Qüvvələrinin hərbi qulluqçusu", - açıqlamada deyilir.

Qeyd olunur ki, təyyarə və heyət üzvləri Oklahoma Milli Qvardiyasına məxsus deyil. Xəsarət alanlar barədə məlumat verilmir.

TodayPress TV

XƏBƏR LENTİ
07 IYUN 2026
Bütün Xəbərlər