ABŞ-də etirazlara görə robotaksilərin fəaliyyəti dayandırılacaq

Dünya

11.06.2025 17:43

Sürücüsüz taksi şirkəti "Waymo", Los-Ancelesin mərkəzində keçirilən hökumət əleyhinə etirazlar zamanı bir neçə avtomobilin yandırılması və zədələnməsi səbəbilə bu ərazidə fəaliyyətini müvəqqəti dayandırıb.

TodayPress TV xəbər verir ki, bu barədə "404 Media" məlumat yayıb.

Şirkət bildirib ki, xidmət Los-Ancelesin digər hissələrində işləməyə davam edir, lakin şəhər mərkəzinə giriş müvəqqəti olaraq məhdudlaşdırılıb. 

Hadisə ilə bağlı hüquq-mühafizə orqanları ilə əməkdaşlıq edilir və zədələnən avtomobillərin nə vaxt yoldan götürülə biləcəyi müəyyənləşdirilir.

Zərər çəkən avtomobillərin dəqiq sayı açıqlanmasa da, sosial şəbəkələrdə yayılan foto və videolara əsasən “bir neçə” robotaksinin məhv edildiyi qeyd olunur.

Qeyd edək ki, "Waymo" avtomobillərinin niyə hədəfə alındığı məlum deyil. Onların etirazçılar tərəfindən çağırıldığı, cinayətkarlar tərəfindən istifadə edildiyi və ya sadəcə təsadüfən kütlənin yolunda olduqları ehtimal edilir.

Türkan İsgəndərli

tag: Robotaksi,Maşın,Taksi,ABŞ,todaypress.tv,