ABŞ-də doğuş nisbəti minimuma düşdü

Dünya

25.07.2025 15:23

ABŞ-də ümumi doğuş dərəcəsi (bir qadına düşən uşaq sayı) 2024-cü ildə tarixi minimuma enərək 1,6-dan aşağı düşüb. Bu göstərici 2023-cü ildə 1,621 olduğu halda, 2024-cü ildə 1,599-a qədər azalıb. 

TodayPress TV xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb. 

Doğuş nisbətinin təxminən iyirmi ildir azaldığı bildirilir ki, bu da əsasən qadınların uşaq sahibi olmağı gecikdirməsi və ya ondan imtina etməsi ilə əlaqələndirilir. Beləliklə, ABŞ-nin doğuş dərəcəsi hazırda Qərbi Avropa ölkələrinin səviyyəsinə yaxınlaşıb. 1960-cı illərin əvvəllərində ABŞ-də bu göstərici təxminən 3,5 idi, lakin 1976-cı ilə qədər 1,7-yə düşmüş, 2007-ci ildə yenidən 2,1-ə yüksəlmişdi. 

Lakin 2014-cü ildən sonra bu artım dayanıb və eniş prosesi davam edir. 

Türkan İsgəndərli

tag: ABŞ,Doğum,Uşaq,Ailə,Todaypress.tv,