ABŞ-də böyük vergi endirimi haqqında qanun layihəsini imzalandı

Dünya

05.07.2025 18:45

ABŞ Prezidenti Donald Tramp iyulun 4-də – Müstəqillik Günü münasibətilə keçirilən açıq hava tədbirində, eyni zamanda özünün siyasi mitinqinə çevrilmiş mərasimdə yeni vergi və xərclərin azaldılması qanun layihəsini imzalayıb.

TodayPress TV “Reuters”ə istinadən xəbər verir ki, sənədin qəbulundan bir gün əvvəl Respublikaçıların nəzarətində olan Nümayəndələr Palatasında qanun layihəsi 218 lehinə, 214 əleyhinə səslə çətinliklə təsdiqlənib.

Qanun Trampın 2017-ci ildə həyata keçirdiyi vergi güzəştlərini daimi xarakterli edir, sərhəd təhlükəsizliyinə rekord investisiya ayırır və bəzi məlumatlara görə, milyonlarla amerikalını tibbi sığortadan məhrum edə bilər.

“Ölkəmizdə insanları heç vaxt bu qədər xoşbəxt görməmişəm. Bu qanun hər kəs – hərbiçilər, mülki vətəndaşlar, müxtəlif sahələrdə çalışan insanlar üçün əhəmiyyətlidir”, - Tramp çıxışı zamanı deyib: 

Prezident çıxışında həmçinin spiker Mayk Consona və Senatdakı əksəriyyət lideri Con Tunə təşəkkür edib və bildirib:

“Bu qanunla Amerikanın tarixində ən böyük vergi endirimi, ən böyük büdcə ixtisarı və ən geniş sərhəd təhlükəsizliyi sərmayəsi həyata keçirilir”.

Qiymət Mahir

tag: ABŞ,Donald Tramp,Vergi,Endirim,Todaypress.tv,