ABŞ bəzi silahların Avropaya satışını dayandırdığını açıqladı
“ABŞ ehtiyatlarını artırmaq üçün Avropaya silah satışını dayandırır.
TodayPress TV xəbər verir ki, bu barədə “The Atlantic” nəşri məlumat yayıb.
“ABŞ ehtiyatlarının azalması səbəbindən bəzi Avropa ölkələrinə silah satışını, xüsusən “Patriot” hava hücumundan müdafiə sistemlərini dayandırır”, - deyə məlumatda bildirilir.
Adı açıqlanmayan ABŞ administrasiyasının rəsmiləri bildiriblər ki, “Pentaqon” müəyyən silah çatışmazlığını müəyyən edib və bu sistemləri almaq üçün Avropadan gələn yeni sorğuların qarşısını almaq istiqamətində addımlar atır.
Orxan Saffari