ABŞ Avropanı 17%-lik gömrük tarifi ilə hədələdi
Dünya
05.07.2025 16:30
ABŞ Prezidenti Donald Tramp Avropa İttifaqından (Aİ) idxal olunan ərzaq məhsullarına 17 faiz gömrük rüsumu tətbiq etməklə hədələyib.
TodayPress TV xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb.
Bu xəbərdarlıq Aİ ilə yeni ticarət sazişi üzrə razılığa gəlmək üçün son tarix olan 9 iyuldan əvvəl səsləndirilib. Razılaşma əldə olunmazsa, ABŞ bütün Aİ məhsullarına 50 faizədək əlavə vergi tətbiq edə bilər.
Aİ rəsmiləri bu addımı Vaşinqtonla Brüssel arasında gərginləşən ticarət münasibətlərinin növbəti mərhələsi kimi qiymətləndirirlər. Hələlik 17 faizlik tarifin Trampın artıq elan etdiyi digər rüsumlara əlavə olaraq, yoxsa onların əvəzinə tətbiq ediləcəyi məlum deyil.
Hazırda Aİ-dən ABŞ-yə ixrac olunan məhsullara əsasən 10 faiz gömrük rüsumu tətbiq olunur. Lakin avtomobillər üçün bu tarif 25 faiz, polad və alüminium məhsulları üçün isə 50 faizdir.
Qiymət Mahir
tag: ABŞ,Avropa,Tarif,Hədə,Todaypress.tv,