Türkiyənin daha bir bölgəsində dənizə girmək qadağan edildi

Dünya

07.08.2025 14:59

Türkiyənin Tekirdağ Qubernatorluğu hava şəraiti ilə əlaqədar olaraq Marmara və Qara dəniz sahildə yerləşən rayonlarda dənizə girməyin müvəqqəti olaraq qadağan edildiyini açıqlayıb.

TodayPress TV xəbər verir ki, qubernatorluq Saray rayonunda 4, Süleymanpaşa, Marmaraereğlisi və Şarköy rayonlarında isə 2 günlük qadağa tətbiq olunduğunu açıqlayıb.

"Meteorologiya Baş İdarəsinin təqdim etdiyi məlumatlar və sahil bölgələrimizin ümumi vəziyyəti nəzərə alınaraq, vətəndaşlarımızın həyat təhlükəsinin qarşısını almaq məqsədilə müəyyən olunan rayonların ümumi ərazisində dənizə girmək qadağan edilmişdir", - deyə bildirilib. 

Hazırda çimərliklərdə xidmət göstərən əməkdaşlar təhlükəsizlik tədbirləri çərçivəsində qırmızı bayraqlar qaldıraraq vətəndaşların dənizə daxil olmasına icazə vermir.

Eyni zamanda Sahil Mühafizə Xidmətinin əməkdaşları sahilboyu reyd keçirərək, səs gücləndiricilər vasitəsilə vətəndaşları xəbərdar edirlər.

Töhfə Səməd

tag: Türkiyə,Dəniz,Qadağa,Hava,Todaypress.tv,