AB Qəzza-Misir sərhəddinə nəzarəti bərpa edir
Avropa Birliyi Qəzza ilə Misir arasındakı Rəfah sərhəd-keçid məntəqəsində mülki nəzarət missiyasını oktyabrın 15-də yenidən işə salacaq.
TodayPress TV xəbər verir ki, bu barədə AB-nin baş diplomatı Kaya Kallas özünün X səhifəsində yazıb.
“AB öz üzərinə düşəni etməyə hazırdır. Bu missiya atəşkəs rejiminin dəstəklənməsində mühüm rol oynaya bilər”, - bildirib.
Jalə Rövşən