35 milyard kubmetrlik nəhəng qaz kəməri bu ölkədən keçəcək!
Qazaxıstan və Rusiya hakimiyyəti respublika ərazisindən Çinə uzanacaq qaz kəmərinin tikintisi imkanını müzakirə edir.
TodayPress TV xəbər verir ki, bunu Qazaxıstanın energetika naziri Erlan Akkenjenov jurnalistlərə açıqlamasında deyib.
Nazirin sözlərinə görə, tərəflər “Sibirin Gücü – 2” kimi tanınan layihəni müzakirə etməyə başlayıblar. O bildirib ki, layihənin işçi adı fərqli ola bilər.
Akkenjenov qeyd edib ki, qaz kəmərinin ötürücülük gücü ildə 35 milyard kubmetrə qədər nəzərdə tutulur və marşrut Qazaxıstan ərazisindən keçərək Çinə uzanacaq.
“Qazaxıstan Respublikası olaraq tranzitin məhz bizim ərazidən keçməsində maraqlıyıq. Bunun üçün bütün şəraiti və zəmanətləri təqdim etməyə hazırıq. Bundan əlavə, Qazaxıstan daxilində əlavə qaz istehlakı da təmin olunacaq”, – deyə nazir vurğulayıb.
O əlavə edib ki, layihə Qazaxıstan üçün strateji əhəmiyyət daşıyır, çünki ölkənin şimal və şərq bölgələrinin qazla təminatını yaxşılaşdırmağa imkan verəcək.
Qiymət Mahir