"WUF13"də operativ dəstək xidmətləri göstəriləcək
"WUF13" çərçivəsində iştirakçılar üçün inklüzivliyi və bərabər imkanları təmin etmək məqsədilə bir sıra operativ dəstək xidmətləri göstəriləcək.
Bu barədə TodayPress TV-yə "WUF13" Azərbaycan Əməliyyat Şirkətindən məlumat verilib.
Bildirilib ki, A zonasında xüsusi ayrılmış məntəqə əlil arabaları üçün ilkin texniki baxış və dəstək təklif edəcək, elektrik əlil arabalarından istifadə edən iştirakçılar üçün isə müraciət əsasında portativ enerji stansiyaları əlçatan olacaq:
"Gözlə görünməyən əlilliyi olan iştirakçılar üçün nəzərdə tutulmuş xüsusi qolbaqlar yardım masasında könüllü olaraq təqdim ediləcək. S zonasında xidməti və bələdçi itlərin müayinəsi, eləcə də zərurət yarandıqda ilk tibbi yardım dəstəyi üçün xüsusi otaq ayrılacaq",- məlumatda qeyd olunub.