Vəkillər Kollegiyası sədrinin seçilməsində məhdudiyyət ləğv olunur

Vəkillər Kollegiyası sədrinin seçilməsində məhdudiyyət ləğv olunur
10.10.2025 15:58 Daxili siyasət

Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədrinin seçilməsində məhdudiyyət ləğv olunur.

TodayPress TV xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, iki dəfədən artıq təkrarən Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri seçilə bilmək məhdudiyyəti götürülür.

Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

TodayPress TV

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər