Sertifikasiyadan keçməyən tibb mütəxəssislərinin 6 ay müddətində iş yeri və maaşı saxlanılacaq

Sertifikasiyadan keçməyən tibb mütəxəssislərinin 6 ay müddətində iş yeri və maaşı saxlanılacaq
11.07.2025 11:57 Daxili siyasət

Sertifikasiya imtahanından keçməyən tibb mütəxəssisləri təkrar sertifikasiya imtahanından keçənə qədər 6 ay müddətində iş yeri və aylıq tarif (vəzifə) maaşı saxlanılacaq.

TodayPress TV xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Əmək Məcəlləsinə dəyişikliyi təsdiqləyib.

Sertifikasiya imtahanından keçməyən işçi təkrar sertifikasiya imtahanından keçənə qədər 6 ay müddətində iş yeri və aylıq tarif (vəzifə) maaşı saxlanılmaqla, müvafiq təhsil müəssisələrində peşə hazırlığı keçərək, təkrar sertifikasiya imtahanı üçün müraciət edə bilər.

Belə ki, davamlı peşəkar inkişafın illik və 5 illik minimum kreditlərini toplamayan şəxslər praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmaq üçün sertifikasiya imtahanından keçməlidir.

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər