Peşəkar mühasib sertifikatının əldə edilməsi qaydası dəyişdi

Peşəkar mühasib sertifikatının əldə edilməsi qaydası dəyişdi
21.06.2025 10:04 Daxili siyasət

Nazirlər Kabineti 22 may 2019-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Peşəkar mühasib sertifikatının verilməsi prosesinin təşkili, imtahanların keçirilməsi və peşəkar mühasib sertifikatı almış şəxslərin dövlət reyestrinin aparılması Qaydaları”nda dəyişiklik edib.

TodayPress TV xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, bundan sonra peşəkar mühasib sertifikatlarının hər bir növü üzrə imtahanlar üçün tapşırıqlar toplusu Maliyyə Nazirliyinin nümayəndələrinə (mütəxəssislərinə) yalnız Dövlət İmtahan Mərkəzinin inzibati binasında qapalı rejimdə təqdim edilir.

Mərkəz imtahanın keçirilməsinə 5 gün qalmış peşəkar mühasib sertifikatı almaq üçün imtahanda iştirak edəcək hər bir namizədi məlumatlandırır. İndiyə qədər bu müddət 10 gün idi.

Peşəkar mühasib sertifikatı almaq məqsədilə imtahanın keçirilməsi haqqında elan Mərkəzin rəsmi internet saytında yerləşdirilir. Namizəd imtahanın keçirilməsi haqqında elan verildiyi gündən 30 gün müddətində imtahanda iştirak etmək üçün fərdi identifikasiya nömrəsini (ölkə vətəndaşları üçün şəxsiyyət vəsiqəsinin FİN kodu, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün Dövlət Miqrasiya Xidmətinin verdiyi müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqələrinin FİN kodu, qaçqın statusu almış əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin qaçqın vəsiqəsinin FİN kodu) göstərməklə, Mərkəzin rəsmi internet saytında yaratdığı “Şəxsi kabinet”i vasitəsilə aşağıda qeyd edilən sənədlər və ya məlumatlar əsasında Mərkəzə elektron qaydada müraciət edir:

- iqtisadi sahədə orta ixtisas təhsili haqqında sənədin (diplomun) və mühasibatlıq sahəsində azı 5 illik iş stajına malik olmasını təsdiq edən sənədin surətləri və yaxud ali təhsil haqqında sənədin (diplomun) surəti;

- Qaydaların 2.8-ci və 2.9-cu bəndlərində göstərilən sertifikatların surəti (olduğu halda) və həmin sertifikatların həqiqiliyi haqqında Maliyyə Nazirliyinin akkreditasiya etdiyi peşəkar mühasib təşkilatı tərəfindən təqdim edilmiş təsdiqedici sənəd.

Namizədin imtahanın istənilən bir mərhələsində topladığı bal sertifikat növlərindən birinin verilməsi üçün yalnız bir dəfə istifadə olunur.

Namizədin imtahanın bir mərhələsində topladığı bal 5 il qüvvədədir.

Bundan başqa, qərarla Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə peşəkar mühasib sertifikatı və Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə peşəkar mühasib sertifikatı almaq üçün imtahanın hər bir mərhələsi üzrə ödəniş məbləği 100 manat, İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları üzrə – I səviyyə peşəkar mühasib sertifikatı və İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları üzrə – II səviyyə peşəkar mühasib sertifikatı almaq üçün imtahanın hər bir mərhələsi üzrə ödəniş məbləği 50 manat müəyyən edilib. İndiyə qədər bu ödəniş bütün növ setifikatlar üçün 50 manat idi.

XƏBƏR LENTİ
04 IYUN 2026
Azərbaycandan Ermənistana daha 42 vaqon dizel yanacağı ixrac olunacaq 14:24 Monako yarışı öncəsi favorit açıqlandı! 14:12 Qərbi Azərbaycan seçkilərdə kimi seçir? -İNFOQRAFİKA 14:05 Müəllimlərin işə qəbulu müsabiqəsi (MİQ) ilə bağlı "uğur böcəyi" Zirəddin Rzayev imiş - RƏY 13:54 Zahid Oruc "seçici" kimi erməni namizədlərə 6 bəndlik tələb irəli sürdü 13:42 Naxçıvanın muxtariyyəti ləğv edilir? 13:32 Hava şəraiti tamamilə dəyişir - Neçə dərəcə isti olacaq? 13:24 Onaltımərtəbəli yaşayış binasında yanğın - Görüntülər 13:17 İrəvan sərxoş halda seçkiyə gedir - Fransız xalqı kef edir... 13:04 Dünya çempionatında irqçilik halları dərhal cəzalandırıla bilər! 12:49 Azərbaycanın ən yaşlı sakini vəfat etdi 12:43 Dünya çempionatında azarkeşləri gözləyən sürpriz məhdudiyyət! 12:32 Yol polisi skuterçini qəzadan xilas etdi - Anbaan 12:29 Romada medal ümidi: Azərbaycan parataekvondoçuları dayanqa çıxır! 12:13 Sərhədi qanunsuz keçənlər yaxalandı! 12:11 Azərbaycanda sürücüsüz avtomobillər olacaq 12:01 Gorus - Qafan yolu Azərbaycana verilir xəbəri Ermənistanı qarışdırdı 11:58 Bakıda kameralar önündə adam oğurladılar - Onları hansı cəza gözləyir? 11:50 “Siti”dən sərt xəbərdarlıq: Haaland “Real”a getmir! 11:46 Sensasion müqayisə: Oveçkini Ronalduya bənzətdilər! 11:35 Sərhəddə böyük əməliyyat: 319 kiloqram narkotik ələ keçdi 11:34 Meteohəssas şəxslər DİQQƏT! Maqnit qasırğası gəlir, özünüzü qoruyun 11:27 Türkiyənin “gizli silahı”: bu görüntü Yunanıstanı qarışdırdı – VİDEO 11:22 Xuliqan Bakı küçələrini bir - birinə qatdı, belə ələ keçirildi 11:12 Kim Çen In nüvə zavodunu təftiş etdi 11:03 Bütün Xəbərlər