Nazirlər Kabinetindən YENİ QƏRAR: Qulluğa qəbul Qaydaları müəyyənləşdi

Nazirlər Kabinetindən YENİ QƏRAR: Qulluğa qəbul Qaydaları müəyyənləşdi
09.04.2026 14:50 Daxili siyasət

“Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində dövlət icra məmurlarının qulluğa qəbulu ilə bağlı müsabiqənin və icbari təlimin keçirilməsi Qaydası” təsdiq edilib.

TodayPress TV xəbər verir ki, Nazirlər Kabineti bu barədə qərar verib.

Müsabiqə test imtahanından və söhbət mərhələsindən ibarətdir. Müsabiqəyə qanunla müəyyən edilmiş tələblərə cavab verən ali təhsilli şəxslər buraxılırlar.

Prokurorluqda və digər hüquq mühafizə orqanlarında xüsusi və ya hərbi rütbə nəzərdə tutulan vəzifələrdə işləyən şəxslər, digər dövlət orqanlarında dövlət qulluğu keçən inzibati vəzifələri tutan şəxslər, hüquq sahəsində elmlər doktoru elmi dərəcəsi olan şəxslər və əvvəllər hakim işləmiş şəxslər müsabiqənin imtahan mərhələsindən azad edilirlər.

Müsabiqənin keçirilməsi və icbari təlim başa çatdıqdan sonra namizədlərin təyinatına dair təkliflərin verilməsi yaradılmış komissiya tərəfindən həyata keçirilir. Naxçıvan Muxtar Respublikasının ərazisində icra məmuru vəzifəsi üzrə qulluğa qəbul bu Qaydaya uyğun olaraq Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən həyata keçirilir.

İmtahan 3 saat müddətində fasilə verilmədən keçirilir. İmtahanda icra məmurunun fəaliyyətində tətbiq olunan normativ hüquqi aktlara dair hər bir sualın düzgün cavabı 1 (bir) balla (cəmi 60 mümkün bal), namizədin məntiqi nəticələr çıxarmaq qabiliyyətini, ümumi bilik səviyyəsini, dünyagörüşünü və ünsiyyət bacarıqlarını müəyyən edən hər bir sualın düzgün cavabı 0,5 balla (cəmi 20 mümkün bal) qiymətləndirilir. Səhv cavablar və ya sualın cavabsız qoyulması “0” bala bərabər tutulur və düzgün cavablara təsir göstərmir. İmtahanda 55 və daha çox bal toplamış namizədlər söhbət mərhələsinə buraxılırlar.

Söhbət fərdi qaydada və 30 (otuz) dəqiqəyədək aparılır. Söhbət zamanı hər namizədə 5 (beş) sual verilir və namizədin aşağıdakı xüsusiyyətləri qiymətləndirilir:

- icra məmurunun fəaliyyətini tənzimləyən normativ hüquqi aktları tətbiq etmək sahəsində bilik və bacarığı, o cümlədən təhsil səviyyəsi, peşə nailiyyətləri, xarici dilləri bilməsi, kompüterdə işləmək bacarığı və səviyyəsi;

- özünü təqdimetmə bacarığı, ümumi dünyagörüşü, ünsiyyət bacarığı, təmkinliliyi, fikir və rəyini ifadə etmək qabiliyyəti;

- analitik düşünmək qabiliyyəti, hadisələri obyektiv qiymətləndirmək və problemlərin həlli ilə bağlı qərar çıxarmaq bacarığı və səviyyəsi.

Söhbət zamanı namizədin verdiyi hər cavab komissiyanın hər bir üzvü tərəfindən 0, 1, 2, 3, 4 və 5 ballardan biri ilə qiymətləndirilir və komissiya üzvlərinin verdiyi qiymətlər toplanaraq söhbətdə iştirak edən komissiya üzvlərinin sayına bölünür. Söhbətin nəticəsi üzrə ən çox 25 bal toplamaq mümkündür. Komissiya üzvləri arasında söhbətlə bağlı fikir mübadiləsi aparıla bilər.

Suallar və cavablar komissiyanın üzvləri tərəfindən bal cədvəlinə yazılır və qiymətləndirilərək komissiyanın sədrinə təqdim edilir. Söhbətin nəticələri üzrə namizəd 15 və daha çox bal topladıqda söhbət mərhələsindən müvəffəqiyyətlə keçmiş hesab olunur.

Müsabiqədən uğurla keçmiş namizədlər icra məmuru qismində fəaliyyət göstərmək üçün Nazirliyin Ədliyyə Akademiyasında azı 3 (üç) aylıq icbari təlimə cəlb edilirlər. İcbari təlimin yekun qiymətləndirməsindən müvəffəqiyyətlə keçmiş namizədlər müsabiqə və icbari təlimin yekunları üzrə topladıqları ümumi bala əsasən sıralanırlar. Namizədlər həmin sıralamaya əsasən vakant icra məmuru vəzifəsinə təyin edilmək üçün ədliyyə nazirinə təqdim olunurlar. Toplanmış balların miqdarı eyni olduqda, ardıcıl olaraq elmi dərəcəsi olanlara, ali təhsil pilləsinin daha yüksək səviyyəsini bitirənlərə, təhsil səviyyəsi eyni olduqda isə təhsil müəssisəsini fərqlənmə ilə bitirənlərə və xarici dil bilənlərə üstünlük verilir.

TodayPress TV

XƏBƏR LENTİ
01 IYUN 2026
İstanbulda yaxta [[yandı ]] 22:32 Zelenski onların vəzifəsini dəyişmək istəyir 22:26 Yapon turistə qarşı xoşagəlməz hərəkət: 66 yaşlı şəxs cəzalandırıldı - VIDEO 23:38 CNN: İran 18 yeraltı raket saxlama məntəqəsinə girişi bərpa edib 22:11 Tramp ABŞ-nin Türkiyədəki səfirini İraq üzrə xüsusi nümayəndə təyin etdi 21:51 Mingəçevirdə avtomobil 15 yaşlı qızı vurdu 21:47 Britaniyanın “Tempest” qırıcı proqramı gecikir 20:40 İran Prezidenti iqtisadi çətinliklərin səbəblərini açıqladı 20:23 Saratovdan Xəzərə qədər: Zelenski yeni zərbələrdən danışdı 19:24 Qəzzada ölənlərin sayı AÇIQLANDI 18:15 Əlcəzair Prezidenti Azərbaycanla imzalanmış memorandumu təsdiq etdi 20:57 HƏMAS-ın silah anbarları məhv edildi 18:13 Zirə 5 futbolçu ilə yollarını ayırdı 17:43 Türkiyə PUA-larla bağlı yeni sistem tətbiq edir 18:00 "Ermənilər xəritəyə baxsınlar, vəziyyət çətin olacaq" - Overçuk hədələdi 18:11 Neft bahalaşır: Avropa İttifaqı Rusiya ilə bağlı qərarı yenidən nəzərdən keçirir 16:53 İranla danışıqlarda yeni mərhələ: Tramp şərtləri ağırlaşdırır 19:12 Bu ölkə 180 min hərbçilik ehtiyat qoşun yaratmaq istəyir 16:48 Nizaminin Gürcüstandakı abidəsi təhqir olundu - [[VİDEO ]] 18:42 İran ABŞ-yə şərt qoydu: Etibar yaradan addımlar atılmalıdır 16:44 İsrail Livandakı strateji mövqelərini tərk etməyəcək - Kats açıqladı 16:40 Sabahın havası meteohəssas insanlar üçün necə olacaq? 16:19 Livanda ölənlərin sayı açıqlandı 16:08 Bu ailələrə hər ay 500-650 manat ödənilir 15:39 AZAL heyəti Milli Qəhrəman Hökumə Əliyevanın məzarını ziyarət etdi 15:18 Bütün Xəbərlər