Mühasibat uçotunun elektron formada aparılması mərhələləri müəyyən edildi

Mühasibat uçotunun elektron formada aparılması mərhələləri müəyyən edildi
29.07.2025 16:10 Daxili siyasət

Nazirlər Kabineti büdcə təşkilatlarında mühasibat uçotunun elektron formada aparılması mərhələlərinin müəyyən edilməsi haqqında qərar qəbul edib.

TodayPress TV xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, büdcə təşkilatlarının “e-mühasibat” informasiya sistemində yerləşdirilmiş mühasibat uçotunun aparılmasını təmin edən proqram təminatı vasitəsilə mühasibat uçotunu elektron formada aparması aşağıdakı mərhələlərdə həyata keçiriləcək:

1. Tabeli təşkilatı (təşkilatları) olmayan büdcə təşkilatları – 2027-ci il yanvarın 1-dən.

2. Birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını tərtib edən büdcə təşkilatları – 2028-ci il yanvarın 1-dən.

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər