İl ərzində 367 nəfər Azərbaycandan deportasiya edilib

Daxili siyasət

09.04.2026 16:33

Bu ilin yanvar-mart aylarında 367 nəfər Azərbaycandan deportasiya edilib.

Bu barədə TodayPress TV-nin sorğusuna cavab olaraq Dövlət Miqrasiya Xidmətindən məlumat verilib.

Bundan başqa Avropadan Azərbaycana mart ayında 75 nəfər readmissiya olunub.

Ümumilikdə birinci rüb ərzində Avropadan Azərbaycana readmissiya edilən şəxslərin sayı 154 nəfər ( yanvarda 38, fevralda 41 nəfər) təşki edib.

TodayPress TV

tag: DMX,Əcnəbi,Azərbaycan,Deportasiya,Todaypress.tv,