COVID xəstələrinə yardım göstərən tibb işçilərinin maaşlarına əlavənin müddəti uzadıldı

COVID xəstələrinə yardım göstərən tibb işçilərinin maaşlarına əlavənin müddəti uzadıldı
23.07.2025 12:53 Daxili siyasət

Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına verilən əlavənin müddəti uzadılıb.

TodayPress TV xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, əlavənin verilmə müddəti 1 oktyabra kimi uzadılıb.

Qeyd edək ki, əvvəl bu müddət 1 iyula qədər nəzərdə tutulmuşdu.

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər