Bərpa, Tikinti və İdarəetmə Xidməti direktorunun müavinlərinin sayı artırıldı - Fərman

Bərpa, Tikinti və İdarəetmə Xidməti direktorunun müavinlərinin sayı artırıldı - Fərman
31.07.2025 13:24 Daxili siyasət

“Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin Nizamnaməsində dəyişiklik edilib.

TodayPress TV xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.

Fərmana əsasən, Xidmətin İcraçı direktorunun üç müavini olacaq. Bundan əvvəl müavinlərin sayı bir idi.

Nizamnaməyə əsasən, Xidmətin cari fəaliyyətinə rəhbərliyi İcraçı direktor həyata keçirir. İcraçı direktor Şura tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilir. İcraçı direktorun onun təqdimatı əsasında Şura tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən üç müavini var.

XƏBƏR LENTİ
07 IYUN 2026
Bütün Xəbərlər