“Bələdiyyələrlə iş” informasiya sistemi haqqında Əsasnamə təsdiqləndi
“Bələdiyyələrlə iş” informasiya sistemi haqqında Əsasnamə təsdiq olunub.
TodayPress TV xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov qərar imzalayıb.
Qərar Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasına, habelə “Bələdiyyələrin statusu haqqında” və “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” qanunlara edilmiş dəyişikliklərə əsaslanır.