15 əsrdir, kanalizasiyaları var - Prezident o kəndi nümunə çəkdi

15 əsrdir, kanalizasiyaları var - Prezident o kəndi nümunə çəkdi
18.05.2026 23:38 Daxili siyasət

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) açılış mərasimində çıxışı zamanı Azərbaycanın qədim şəhərlərinin və tarixi memarlıq abidələrinin ölkənin mədəni irsinin mühüm hissəsi olduğunu bildirib.

TodayPress TV-nin məlumatına görə, dövlət başçısı qeyd edib ki, təkcə Bakı deyil, Azərbaycanın bir çox qədim şəhərləri də öz zəngin memarlıq ənənələri ilə seçilir. Prezident çıxışında müxtəlif dövrlərə aid tarixi abidələri nümunə göstərərək onların qorunmasının və gələcək nəsillərə ötürülməsinin vacibliyini vurğulayıb.

İlham Əliyev vaxtilə Şirvanşahlar dövlətinin paytaxtı olmuş Şamaxı şəhərində yerləşən və 743-cü ildə tikilmiş qədim məscidi dünyanın ən qədim məscidlərindən biri kimi qeyd edib.

Prezident həmçinin XII əsrin görkəmli memarı Əcəmi Naxçıvaninin yaratdığı Möminə xatun türbəsi haqqında danışaraq bu abidənin Azərbaycan memarlıq məktəbinin mühüm nümunələrindən biri olduğunu bildirib.

Çıxış zamanı Gəncə şəhərinin həm qədim tarixini, həm də müasir inkişafını qoruduğu vurğulanıb. Dövlət başçısı qeyd edib ki, dahi Azərbaycan şairi Nizami Gəncəvinin vətəni olan şəhər tarixi simasını saxlayaraq inkişaf edir.

Prezident Qəbələ və Şəki şəhərlərində yerləşən qədim abidələrdən, eləcə də Şəki yaxınlığındakı Kiş kilsəsi haqqında danışıb. Bildirib ki, bu kilsə dünyanın ən qədim kilsələrindən biri hesab oluna bilər.

İlham Əliyev qədim mühəndislik nümunəsi kimi Lahıc kəndini də xüsusi qeyd edib:

“Əcdadlarımızın istedadını nümayiş etdirən digər bir misal Lahıc kəndidir. On beş əsr bundan əvvəl kənd yaradılanda insanlar bu gün də işləyən kanalizasiya sistemini və su xəttini çəkmişlər”.

Dövlət başçısı işğaldan azad olunmuş Şuşa şəhərində aparılan bərpa və yenidənqurma işlərinə də toxunaraq Şuşa qalasının artıq bərpa edildiyini diqqətə çatdırıb.

Prezident çıxışında vurğulayıb ki, Azərbaycanın tarixi-mədəni irsi təkcə musiqidə və ədəbiyyatda deyil, həm də memarlıq nümunələrində öz əksini tapır və bu irsin qorunması gələcək nəsillər qarşısında mühüm vəzifədir:

“Bizim əcdadlarımız tərəfindən tikilənlər təkcə mənim qeyd etdiyim abidələr deyil. Əlbəttə ki, VI əsrə aid Qız qalası ilə Bakı, işğala, dağıntılara və talana məruz qalan abidələr müxtəlif nəsillərə aid azərbaycanlılar tərəfindən yenidən tikilib və bərpa olunub, eyni zamanda, qorunaraq bu günədək saxlanılıb”.

TodayPress TV

XƏBƏR LENTİ
31 MAY 2026
İran ABŞ-yə şərt qoydu: Etibar yaradan addımlar atılmalıdır 16:44 İsrail Livandakı strateji mövqelərini tərk etməyəcək - Kats açıqladı 16:40 Sabahın havası meteohəssas insanlar üçün necə olacaq? 16:19 Livanda ölənlərin sayı açıqlandı 16:08 Bu ailələrə hər ay 500-650 manat ödənilir 15:39 AZAL heyəti Milli Qəhrəman Hökumə Əliyevanın məzarını ziyarət etdi 15:18 Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Bütün Xəbərlər