Yalçın Rəfiyev UNESCO-nun iqlim konfransında iştirak etdi - YENİLƏNDİ

Yalçın Rəfiyev UNESCO-nun iqlim konfransında iştirak etdi - YENİLƏNDİ
22.10.2025 17:22 Tədbirlər

UNESCO-nun Parisdə yerləşən mənzil-qərargahında "Bakıdan Belemə: Dayanıqlı və Maariflənmiş Cəmiyyətlərə Doğru İqlim Fəaliyyəti" adlı yüksək səviyyəli tədbir keçirilib.

TodayPress TV XİN-in məlumatına istinadən xəbər verir ki, tədbirin açılış sessiyasında Azərbaycanın xarici işlər nazirinin müavini və COP29-un baş danışıqçısı Yalçın Rəfiyev, eləcə də UNESCO-nun baş direktorunun müavinləri Lidiya Artur Brito və Taufik Celassi çıxış ediblər.

Nazir müavini Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrliyi zamanı əldə etdiyi əsas nəticələr və Azərbaycanın iqlim diplomatiyasında rolu haqqında danışıb. İqlim dəyişikliyi ilə mübarizədə təhsilin, elmin və mədəniyyətin əsas rolunu vurğulayıb.

Y.Rəfiyev bildirib ki, Azərbaycanın ev sahibliyi etdiyi COP29 konfransı Yeni İqlim Maliyyə Məqsədi (NCQG), Bakıdan Belemə Yol Xəritəsi (1.3T), Paris Sazişinin 6-cı Maddəsi üzrə razılıq – karbon bazarlarının işə salınması və dövlət-özəl tərəfdaşlıqların gücləndirilməsi; İtki və Zərər Fondunun tam fəaliyyətə başlaması, eləcə də COP29 sədrliyi çərçivəsində irəli sürülən təşəbbüslər kimi bir sıra mühüm irəliləyişlərlə yadda qalıb.

Azərbaycanın COP29 sədrliyi çərçivəsində və ondan sonra da regional və qlobal tərəfdaşlarla sıx əməkdaşlıqda iqlim fəaliyyətini gücləndirmək, elmi əsaslı və ədalətli iqlim keçidinə töhfə vermək niyyətində olduğu vurğulanıb.

UNESCO Baş direktorunun müavinləri COP29-un tarixi nəticələrinə vurğu edərək Azərbaycanın COP29 çərçivəsində və sonrakı dövrdə iqlim dəyişikliyi və UNESCO gündəliyində olan mövzular arasında sinerjinin qurulmasındakı dəstəyinə görə təşəkkür ediblər.

Yalçın Rəfiyev Parisə səfəri çərçivəsində Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru Fatih Birol ilə görüş keçirib. Görüşdə qarşılıqlı maraq doğuran məsələlər və COP29 sədrliyinin enerji təşəbbüsləri ətrafında fikir mübadiləsi aparılıb.

Bununla yanaşı, İnkişaf Etməkdə olan Kiçik Ada dövlətlərinin (SİDS) və bir qrup digər ölkələrin UNESCO yanında Daimi Nümayəndələri ilə işçi nahar formatında görüş keçirilib. Görüş zamanı Azərbaycanın COP29 sədrliyinin nailiyyətləri, iqlim dəyişmələrinin SİDS ölkələrinə təsirləri, ölkəmizin SİDS ölkələrinə göstərdiyi davamlı dəstək kimi məsələlər barədə danışılıb, gələcək əməkdaşlıq istiqamətləri müzakirə edilib.

TodayPress TV

***

15:47

COP29-un Baş danışıqçısı Yalçın Rəfiyev oktyabrın 22-də UNESCO-nun "Bakıdan Belemə: İqlim fəaliyyəti üçün məlumatlı və dayanıqlı cəmiyyətlərin qurulması" adlı konfransında iştirak edib.

TodayPress TV xəbər verir ki, bu barədə COP29-un rəsmi "X" hesabında yazılıb.

Bildirilib ki, Baş danışıqçı konfransda çıxışı zamanı elmi tədqiqatlar və təhsil proqramları vasitəsilə qlobal iqlimə davamlılığın artırılması məqsədilə Azərbaycanın UNESCO ilə tərəfdaşlığını vurğulayıb və bu ölkənin qlobal davamlılıq səylərinə rəhbərlik etməkdə öhdəliyini bir daha təsdiqləyib.

TodayPress TV

XƏBƏR LENTİ
04 IYUN 2026
Türkiyə terrorla mübarizədə Nigerə yardım edəcək 23:26 Atəşkəs uzun çəkmədi: İsrail və "Hizbullah" yenidən qarşılıqlı zərbələr endirdi 23:14 Emin Ağalarov Rusiya-Azərbaycan münasibətlərinin inkişaf potensialı barədə danışdı 22:52 Putin yenidən prezident olacaq? - Özü açıqladı - VİDEO 22:32 “Elvin özünə yeni klub tapmalıdır” - Ayxan Abbasov 22:38 İranla müharibə ABŞ ailələrinə yüzlərlə dollara başa gəldi 22:42 Vladimir Putin İlham Əliyevlə görüşəcək? - lider açıqladı 22:33 Türkiyə və Qətərin XİN başçıları ABŞ-İran danışıqlarını müzakirə etdi 22:19 Ermənistanda seçkiqabağı şok: Ölkəyə gələnlərə sərhəddə hərbi çağırış vərəqəsi verilir 21:55 Blokadadan bəri İLK: Milyonlarla barel neft daşıyan tanker Hörmüzdən keçdi 22:11 SAKİNLƏRİN NƏZƏRİNƏ: Bu ərazilərdə qaz olmayacaq 21:29 Putin Azərbaycan-Rusiya əlaqələrindən danışdı 21:54 Rusiya və Çin yeni hərbi-texniki layihələr hazırlayır - Putin bəyan etdi 21:20 Azərbaycan-Rusiya biznes dialoqu keçirildi 21:10 Putin: "Kiyev kompromisə getsə, münaqişə tezliklə başa çatar" 21:29 Litva Hörmüz boğazına hərbçilərin göndərilməsini dəstəklədi 20:45 Livanda ölənlərin son sayı AÇIQLANDI 20:34 3 iyun hücumundan GÖRÜNTÜLƏR: “Boykiy” belə vurulub 21:05 Avropa Komissiyası Polşanı məhkəməyə verdi 20:35 "O, Rusiya-Ukrayna danışıqlarında Aİ-ni təmsil etməlidir" - Andrey Babiş kimdən bəhs edir? 20:31 Bu ərazilərdə işıq olmayacaq 20:32 Madyar Aİ-nin 7-ci maddə proseduru dayandırılmasını tələb edir 20:18 Tokayev bu il Azərbaycana səfər edəcək 20:03 "Bu qarışıqlığı yaradanlar münasibətlərin düzəlməsini istəmirlər" - Lavrov 20:10 Əraqçi Xameneinin öldürüldüyü vaxt onun ofisində imiş - DETALLARI AÇIQLADI 20:01 Bütün Xəbərlər