Yağışlı hava daha üç gün davam edəcək - XƏBƏRDARLIQ

Yağışlı hava daha üç gün davam edəcək - XƏBƏRDARLIQ
04.06.2025 17:07 Cəmiyyət

Azərbaycanda iyunun 5-i gündüz şimal və qərb rayonlarından başlayaraq 7-si axşamadək bəzi yerlərdə fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. 

TodayPress TV xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. 

Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. 

Gözlənilən yağıntılar ilə əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel və daşqın keçəcəyi ehtimal olunur.

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər