Şəmkirdə “Zəfər marafonu-2025” təşkil olunub
Cəmiyyət
08.11.2025 16:05
Şəmkirdə 8 Noyabr – Zəfər Gününə həsr olunan “Zəfər marafonu-2025” keçirilib
TodayPress TV xəbər verir ki, Şəmkir Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Bu Zəfəri bizə yaşadanlar üçün birləşək” şüarı altında keçirilən marafona 300-ə yaxın iştirakçı qatılıb. Yarışda idmançılarla yanaşı, müxtəlif idarə və müəssisələrin əməkdaşları, eləcə də könüllülər də iştirak ediblər.
Tədbirdə çıxış edən Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev Zəfər Gününün əhəmiyyətini vurğulayaraq, Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbənin xalqımızın yaddaşına qızıl hərflərlə həkk olunduğunu bildirib.
Marafonun keçirilməsində məqsəd qəhrəman əsgərlərimizə, şəhidlərimizə və qazilərimizə hörmət və ehtiramın ifadəsi olduğu diqqətə çatdırılıb.
Daha sonra marafona start verilib. İştirakçılar Şəmkir şəhər Bayraq Meydanından başlayaraq Şəhidlər xiyabanı istiqamətində məsafəni qət ediblər. Sonda qaliblər mükafatlandırılıb.
tag: Şəmkir,“Zəfər marafonu-2025” ,Şəmkir Rayon İcra Hakimiyyəti,Zəfər Günü,Todaypress.tv,
