Qulu Məhərrəmli: “Televiziya və radionun cəmiyyətdə rolu danılmazdır”

Qulu Məhərrəmli: “Televiziya və radionun cəmiyyətdə rolu danılmazdır”
06.11.2025 14:29 Cəmiyyət

"Azərbaycanda Radio və Televiziya gününün qeyd olunması cəmiyyətdə televiziya və radionun əhəmiyyətini bir daha xatırladır".

Bu fikirləri jurnalist, televiziya tənqidçisi, publisist, filologiya elmləri doktoru Qulu Məhərrəmli TodayPress TV-yə açıqlamasında deyib.

Onun sözlərinə görə, Azərbaycan radiosunun 100 ilə, televiziyanın isə 70 ilə yaxın tarixi var və bu media vasitələri ölkənin mədəni və milli düşüncəsinin formalaşmasında mühüm rol oynayıb:

"Televiziya və radionun cəmiyyətdəki yeri ilə bağlı mübahisələr onların yarandığı vaxtdan bəri davam edir. Kimsə onları əyləncə vasitəsi, kimsə təbliğat aləti, kimsə də məlumat mənbəyi kimi görür. Çünki televiziya çoxfunksiyalı, sintetik sənət sahəsidir. Həm məlumat verir, həm maarifləndirir, həm də əyləndirir. Hər hansı bir funksiyanın digərlərindən üstün tutulması isə balansı pozur".

Ekspert qeyd edib ki, tamaşaçıların əsas narazılıqları da məhz bu balansın pozulmasından qaynaqlanır:

"Bəzən əyləncə verilişləri çoxalır, bəzən isə keyfiyyətsiz olur. Xəbər proqramları da hər zaman aktuallığı ifadə etmir. Halbuki televiziya cəmiyyətin güzgüsü olmalı, onun ən yaxşı dəyərlərini göstərməlidir. Son illərdə televiziya yeni və ciddi rəqiblə - sosial media ilə üz-üzə qalıb. İndi televiziya 15-20 il əvvəlki statusunu daşımır. Sosial şəbəkələr və internet mediası çox güclü rəqabət yaradır. Bu şəraitdə televiziya və radio üçün fəaliyyət göstərmək asan deyil".

Publisist bildirib ki, televiziya tamaşaçı maraqlarını, ictimai zövqü və peşəkarlığı qoruyarsa, cəmiyyəti düzgün ifadə edə bilər:

"Televiziya vitrindir. Cəmiyyətin ən dəyərli tərəfləri ekranda görünməlidir. Əgər bu yerinə yetirilirsə, tamaşaçı razı qalır. Amma peşəkarlıq aşağı düşəndə və maraqlar nəzərə alınmayanda narazılıqlar yaranır".

Sonda Qulu Məhərrəmli bütün teleradio işçilərini peşə bayramı münasibətilə təbrik edib:

"Bu gün onlar həm də bir növ hesabat verir, proqramlarına yenidən baxırlar, tamaşaçı zövqünə daha çox uyğunlaşmağa çalışırlar. Teleradio işçiləri bəzən tənqid olunur, bəzən sevilir, amma daim cəmiyyətin diqqət mərkəzindədirlər. Biz onlardan daha keyfiyyətli, maraqlı və peşəkar verilişlər gözləyirik", - deyə jurnalist fikrini sonlandırıb.


Qeyd edək ki, noyabrın 6-sı Azərbaycan radio və televiziya işçilərinin peşə bayramı günü kimi qeyd olunur.

Azərbaycan radiosu 1926-cı il noyabrın 6-da fəaliyyətə başlayıb. Azərbaycan Televiziyası yaranandan sonra bu tarix teleradio günü kimi qeyd olunmağa başlanıb.

Türkan İsgəndərli

XƏBƏR LENTİ
02 IYUN 2026
"Qərb gec-tez bunu başa düşəcək" – Kiyevdən yeni xəbərdarlıq 10:10 Bina və hündür ağaclardan uzaq durun - FHN-dən XƏBƏRDARLIQ! 10:07 DİQQƏT! Qabiliyyət imtahanlarına qeydiyyat başa çatır 09:58 Qatarın qarşısına qəflətən çıxan gənc öldü 09:50 Yeni mövsümü planlaşdırırdı, amma istefa xəbəri aldı 09:44 Mobil telefon kimi top: Mundialın ən maraqlı yeniliyi 09:38 Təbii qazın dəyəri artdı 09:36 Neft qiymətləri ucuzlaşdı - Son Rəqəmlər! 09:20 Rusiya Kiyevi yer üzündən silir - Gecə boyunca zərbələr davam edir - VİDEO 09:09 ABŞ-nin təzə qurbanı OMAN: Bu dəfə İranın nişangahında 09:02 NASA-dan yadplanetlilərin cəsədləri ilə bağlı AÇIQLAMA 08:45 Sürücülərin NƏZƏRİNƏ - Bu yollar... 08:32 "İlski" neft emalı zavoduna hücum - Anbaan görüntülər 08:28 Dişlərin qaralmasını dayandırmaq mümkündürmü? - Mütəxəssis rəyi 23:45 Yox olmaq üzrə olan növ üçün sevindirici xəbər: İki quş dünyanı heyrətləndirdi 23:42 Çoxlarının zərərsiz bildiyi içki: Alkoqolizmin ən məkrli forması hansıdır? 23:38 Baş ağrısından qurtulmağın SADƏ ÜSULU 23:36 Vəfat etmiş kanadalı hokkeyçinin beyni alimlərə təhvil veriləcək 23:34 Diabet birdən yaranmır: Rusiyalı həkim təhlükəli amilləri sadaladı 23:32 İsrail xüsusi təyinatlıları Livanda itkilər verdi 00:06 Avropa çempionatı: Minifutbol millimiz Qazaxıstanı məğlub etdi 01:35 “Yaxşı polis, pis polis”: Kreml Paşinyana qarşı hansı oyunu oynayır? 00:03 Simonyan Bakıya gəlmədiyi üçün təəssüflənir 00:57 Oman dənizində gərginlik: SEPAH ABŞ və İsrail gəmisini RAKETLƏ VURDU 00:42 Turizm statistikası düşündürür: Problem sərhədlərdədir? 23:54 Bütün Xəbərlər