Ötən ay keçmiş məcburi köçkünlərin yeni yaşayış şəraitinə adaptasiyası ilə bağlı 68 tədbir keçirilib

Ötən ay keçmiş məcburi köçkünlərin yeni yaşayış şəraitinə adaptasiyası ilə bağlı 68 tədbir keçirilib
28.08.2025 14:39 Cəmiyyət

İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində həyata keçirilən “Əhalinin geri qayıdışı, ərazilərdə dayanıqlı icmaların yaradılması və onların yeni yaşayış şəraitinə adaptasiya olunması üçün reinteqrasiya tədbirlərinin və gəlirgətirən fəaliyyətlərin təşkili” layihəsi üzrə maarifləndirici tədbirlərin icrası davam edir.

Bu barədə TodayPress TV-yə Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsindən bildirilib.

Qeyd edilib ki, ötən ay respublikanın müxtəlif şəhər və rayonlarında keçmiş məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı ərazilərdə hər birində 40 nəfər olmaqla, 68 tədbir keçirilib.

Tədbirlər üç əsas istiqaməti əhatə edib. Bunlar, hədəf icmaların və benefisiar alt-hədəf qrupların yarı-struktur müsahibələr, seminarlar, müzakirələr yolu ilə ehtiyaclarının müəyyən edilməsi, icma iştirakçılığı, gender mövzusunda seminarların təşkili və hədəf icmaların dayanıqlığının təmin edilməsi, gücləndirilməsi üçün vacib olan icma əsaslı strukturların yaradılmasıdır.

Dövlət Komitəsinin bu istiqamətdə tədbirləri davam etdiriləcək.

FOTOLAR

Ötən ay keçmiş məcburi köçkünlərin yeni yaşayış şəraitinə adaptasiyası ilə bağlı 68 tədbir keçirilib — 1
Ötən ay keçmiş məcburi köçkünlərin yeni yaşayış şəraitinə adaptasiyası ilə bağlı 68 tədbir keçirilib — 2
Ötən ay keçmiş məcburi köçkünlərin yeni yaşayış şəraitinə adaptasiyası ilə bağlı 68 tədbir keçirilib — 3
Ötən ay keçmiş məcburi köçkünlərin yeni yaşayış şəraitinə adaptasiyası ilə bağlı 68 tədbir keçirilib — 4
XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər