Nizami rayonunda avtomobil qaçıran şəxslər saxlanılıblar

Nizami rayonunda avtomobil qaçıran şəxslər saxlanılıblar
01.09.2025 14:38 Cəmiyyət

Paytaxtın Nizami rayonunda sürücü polisə müraciət edərək “VAZ-2102” markalı avtomobilinin naməlum şəxslər tərəfindən qaçırıldığını bildirib.

TodayPress TV xəbər verir ki, Nizami RPİ-nin 24-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri ilə qabaqcadan əlbir olaraq cinayət əməlini törətməkdə şübhəli bilinən 30 yaşlı N.Hüseynov və 23 yaşlı V.Axundov saxlanılıblar. Nəqliyyat vasitəsi polis əməkdaşları tərəfindən aşkarlanaraq sahibinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər