Nazir: “İşğaldan azad olunmuş ərazilərdə selləmə suvarma qadağan olunacaq”
İşğaldan azad olunmuş ərazilərdə selləmə suvarma sistemi qadağan olunacaq.
TodayPress TV xəbər verir ki, bunu Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədov Bakıda keçirilən 2-ci Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransı – "Baku Water Week" çərçivəsində təşkil olunan "Su idarəetməsində liderlik: Regional və qlobal perspektivlər" adlı panel müzakirələrində deyib.
O bildirib ki, Kənd Təsərrüfatı Nazirliyinin azad olunmuş ərazilərdə ana siyasəti müasir suvarmanın tətbiqidir:
“Selləmə suvarma bu ərazilərdə qadağan olacaq. Müasir suvarmaların inkişafı üçün buna nail olmalıyıq”.
Qiymət Mahir