Milli QHT Forumu bəyanat yaydı

Milli QHT Forumu bəyanat yaydı
30.06.2025 23:35 Cəmiyyət

Azərbaycan Milli QHT Forumunun Rusiyada azərbaycanlıların etnik mənsubiyyətinə görə qətl və zorakılığa məruz qalmasına dair bəyanat yayıb.

TodayPress TV bəyanatı təqdim edir:

"Biz - Azərbaycan vətəndaş cəmiyyətinin səsi olaraq, son zamanlar Rusiyada azərbaycanlıların etnik mənsubiyyətinə görə qətl və zorakılığa məruz qalmasının sistemli xarakter aldığını müşahidə edir, bunu hiddətlə qarşılayırıq.

2025-ci il iyunun 27-də Yekaterinburq şəhərində azərbaycanlılara qarşı məhkəmə mühakiməsi olmadan törədilmiş qətl və zorakılıqlar etnik və dini dözümsüzlük, irqi ayrı-seçkilik və faşizm nümunəsidir.

Faktlar, obyektiv təhlillər və çoxsaylı sübutlar göstərir ki, azərbaycanlılara qarşı bu cür cinayətlər çox vaxt rəsmi Moskvanın ən azı səssiz razılığı ilə sanksiyalaşdırılır.

Azərbaycan Respublikası hər zaman Rusiya ilə mehriban qonşuluq, dostluq və tərəfdaşlıq siyasətinə sadiqliyini nümayiş etdirib. Bu mövqe ölkəmizdə dövlət təhsil müəssisələrində rus bölmələrinin mövcudluğunu saxlaması, Rusiya ilə güclü mədəni əlaqələrin inkişafı, rus məktəbləri, teatrları, mədəniyyət mərkəzlərinin sərbəst fəaliyyəti, Azərbaycanda rus icmasına göstərilən xüsusi diqqət və qayğı, eləcə də qarşılıqlı faydalı iqtisadi əməkdaşlığın inkişafı istiqamətində ardıcıl tədbirlərin həyata keçirilməsi ilə təsdiqlənir. Biz Azərbaycanın Rus İcmasının Yekaterinburqda Rusiya güc strukturlarının qəddarlığını qətiyyətlə pisləməsini də təqdir edirik.

Biz Azərbaycan dövlətini çağırırıq ki, Rusiya Federasiyası tərəfindən azərbaycanlılara qarşı təhdid, hədə-qorxu və şantaj siyasətinin davam etdiyi indiki şəraitdə bu ölkə ilə bütün sahələrdə əməkdaşlıq və münasibətlər yenidən nəzərdən keçirilsin. Bu baxımdan Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Rusiya ilə dövlət və özəl müəssisələrin xətti ilə Azərbaycanda keçirilməsi nəzərdə tutulan mədəniyyət tədbirlərini, o cümlədən konsertləri, festivalları, tamaşaları, sərgiləri ləğv etməsini təqdir edirik.

Ötən ilin sonu Rusiya səmasında vurulmuş AZAL təyyarəsi ilə əlaqədar bu günə qədər də günahkarların müəyyən edilərək mühakimə edilməməsi göstərir ki, Rusiya hakimiyyəti bu dəhşətli cinayətlərin açılmasında maraqlı tərəf deyil. Biz şəffaflıq, ədalət, qarşılıqlı hörmət tələb edirik.

Yekaterinburq şəhərində baş vermis sonuncu cinayət əməli də yalnız Səfərovlar ailəsini deyil, bütün Azərbaycanı sarsıdır. Hər birimiz özümüzü səfərovlardan biri hesab edirik".

XƏBƏR LENTİ
05 IYUN 2026
20 ildən çox evli qalan 2 700 nəfər boşandı 10:24 Azərbaycan yığması yoxlama oyunları seriyasına başlayır! 10:14 Prezident Azərbaycan minifutbol millisini təbrik etdi 10:06 Qrupun taleyini dəyişə biləcək oyun: Azərbaycan meydana çıxır! 10:02 Polis məmuru oğlunu güllələdi, başında gözlədi - VİDEO 09:55 Azərbaycanlı gimnast Dubayda saxlanıldı – Şeyx şikayət edibmiş 09:49 Açıqlandı: Rusiya 2028-ə qədər Baltik ölkələrinə girəcək 09:43 Ukrayna dayanmır – Luqansk alovlar içində qaldı 09:41 Qonşu ölkə tarixi köklərinə qayıtdı - Qurultay sisteminə keçdi 09:45 Dollar almaq istəyənlərin NƏZƏRİNƏ! 09:36 Debatda maraqlı an: Tatoyan "valerian" gətirdi, Paşinyan isə belə cavab verdi - VİDEO 09:21 İş bitdi: Ukrayna Rus cəbhəsini ikiyə bölür - Milyona yaxın əsgər... 09:08 Çin və Rusiya arasında iplər bir anda qopdu: Si Cinpin Putinə ultimatum yolladı 09:00 ABŞ-nin təyyarədaşıyan gəmisi ciddi zərər gördü - Taleyi necə olacaq? 08:43 Lavrovdan Ermənistan açıqlaması: "Seçim etməlidir" 08:32 ABŞ-dən Rusiyaya sərt zərbə: Sanksiyalar və Ukraynaya milyonlarla dollar yardım 08:26 Ürəyi məhv edən əsas amil açıqlandı 00:37 Tramp dayanmaq bilmir: 70 ildir qalib gələ bilmədiyi dövlətə gözünü dikdi 07:53 Hər gün yaşıl çay içmək hansı nəticələrə gətirib çıxara bilər? 00:35 İranda tanınmış rejissor həbs edildi 23:50 Azərbaycanda bu ölkənin viza müraciət mərkəzi fəaliyyətə başladı 22:21 6 gün Everestdə ac-susuz qaldı - Təsadüfən tapdılar 22:07 Dünyada əhalisi ən çox çay içən ölkələr açıqlandı - SİYAHI 21:02 Putin: "Rusiyanın Ermənistandan yalnız bir xahişi var" 23:45 Avropa çempionatının ən yaxşı oyunçusu seçildi 00:23 Bütün Xəbərlər